Fransada "sarı jiletlilər"in sayca 28-ci etirazları baş tutub

Fransada "sarı jiletlilər"in növbəti, sayca 28-ci ümummilli etirazları keçirilib. TASS xəbər verir ki, bu barədə "France Info" radiostansiyası məlumat yayıb.

Məlumata görə, Parisdə yüzlərlə nümayişçi Per Laşez milli qəbiristanlığının yaxınlığında toplaşıb və Bastilya meydanından keçməklə Monmartredəki Sakre-Kyor bazilikasına doğru hərəkət edib. Fransa Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları 5 mindən çox yoxlama həyata keçirib və 64 nəfəri saxlayıblar.

Etirazlar həmçinin Fransa prezidenti Emmanuel Makronun anadan olduğu Amyen şəhərində də baş tutub. Yerli KİV-in məlumatına görə, orada, təxminən, 300 "sarı jiletli" küçəyə çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar