"O gəmiləri iki raket, ya da gizli silahlarla dənizin dibinə göndərəcəyik" - İran

İran Amerika gəmilərini gizli silahlar vasitəsi ilə dənizin dibinə göndərmək iqtidarındadır.

"Report" "Mizan" nəşrinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müşaviri Murtəza Korbani deyib.

"Amerika regiona iki gəmi göndərir. Əgər onlar hər hansı bir axmaqlığa yol verərlərsə, biz o gəmiləri heyət üzvləri və təyyarələrlə birgə ya iki raket, ya da gizli silahlarla dənizin dibinə göndərəcəyik", - deyə agentlik onun sözlərini sitat gətirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar