Deputatın bacısı oğlu vəzifədən azad edildi 

“Azəriqaz” İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib.

Bu barədə Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, “Azəriqaz” İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: “Bununla həmin müavin postunda 10 ildən çoxdur işləyən Fikrət Sucayev də vəzifədən çıxarılıb”.

Xatırladaq ki, Fikrət Sucayev YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur. (Mia.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar