“Dost Azərbaycanla birgə Keşikçi Dağı məsələsinin həlli yolunu tapacağıq” – SPİKER

Dərc olunub: 26/05/2019 - 13:17

irakli“Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyət təəssüf doğurur. Lakin əminik ki, dost ölkə olan Azərbaycanla birgə məsələnin uyğun həll yolunu tapacağıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bildirib.

O deyib ki, iki ölkə arasında məsələ ilə bağlı danışıqlar aparılır: “Parlament də daxil olmaqla, Gürcüstan tərəfi danışıqlarda fəal iştirak edəcək. Danışıqlarla iki dost ölkə arasında məsələnin həlli yolu tapılacaq”.












loading...


Fikrinizi bildirin