Peruda güclü zəlzələ baş verib

Dərc olunub: 26/05/2019 - 15:00

zelzele«AzPolitika.ino»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bazar günü Perunun şimalında maqnitudası 8 olan zəlzələ baş verib.

Amerika Birləşmiş Ştatları (ABŞ) Geoloji xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Braziliya, Kolumbiya və Ekvadorla sərhəddə yerləşən Laqunas şəhərinin 85 kilometrliyidə olub. Bu yaşayış məntəqəsində 9 minə yaxın insan yaşayır. Zəlzələnin ocağı 105 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.








loading...


Fikrinizi bildirin