42 yaşlı Nardaran sakini itkin düşüb

Dərc olunub: 26/05/2019 - 18:20

polis_idaresi_201015Bakıda 42 yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Qəsəbənin A.Zeynallı küçəsi, ev 31-də yaşayan 1977-ci il təvəllüdlü Babayev Sabir Anatolyeviç mayın 23-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin