Gimnastlarımız Avropa çempionatında qızıl medal qazanıblar – VİDEO

Dərc olunub: 26/05/2019 - 19:45

153fa258-eb14-4c81-b6f7-da3d982364f2Azərbaycanın “Aero dance” üzrə böyüklərdən ibarət komandası Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, tərkibi Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayevadan ibarət kollektiv finalda 17,800 bal toplayıb.

Rusiya gümüş, Rumıniya bürünc medal qazanıb.

Komandaların mükafatlandırma mərasimindən sonra Azərbaycanın dövlət himni səsləndirilib. Bu zaman komanda üzvləri Milli Gimnastika Arenasına toplaşan azarkeşlərlə birgə himni ürəkdən oxumağa başlayıblar. Bir müddət sonra mahnı dayandırılıb və himn mahnısız sonadək ifa olunub.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən 333 gimnast çıxış edib.












loading...


Fikrinizi bildirin