Yunanıstan Ərdoğanın Kipr səfərini "qeyri-qanuni" adlandırdı

Yunanıstan Xarici İşlər Nazirliyinin təmsilçisi Konstandinos Kutras Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfərinin "qeyri-qanuni" olduğunu iddia edib.

Bu barədə SalamNews Türkiyə mətbuatına istinadla xəbər verir.

“Onun bu səfəri qeyri-qanuni idi. Ərdoğanın Kiprin işğal edilmiş ərazisinə səfəri zamanı verdiyi bəyanatlar xəyallarımızı puç etdi. Bu bəyanatlar rəsmi Ankaranın Kipr məsələsi ilə bağlı aqressiv siyasətinin göstəricisidir.”

Bildirək ki, Türkiyənin 12-ci prezidenti olaraq ilk xarici səfərini ŞKTC-yə edən R.T.Ərdoğan Kipr problemi ilə bağlı yunanlara bəzi mesajlar verib. O, Kipr məsələsində ədalətli, uzunmüddətli və hərtərəfli həllin lap əvvəldən tərəfdarı olduğunu bildirib: “Qarşımıza ədalətsiz layihələrlə gələnlər bilsinlər ki, həmin layihələri qəbul etmək tariximizi rədd etmək demək olar. O halda bu layihələri qəbul etmək mümkün deyil. Hədəfimiz eynivaxtlı referendumun təşkilidir."

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar