Əli Laricani yenidən İran parlamentinin sədri seçildi

Dərc olunub: 26/05/2019 - 22:03

9Əli Laricani yenidən İran parlamentinin sədri seçilib. İran parlamenti sədrinin müəyyənləşməsi üçün keçirilən seçkilərdə Əli Laricani 155 səs toplayıb. Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs yığıb.

Ümumilikdə səsvermədə 274 deputat iştirak edib.

Qeyd edək ki, İran parlamentində hər il parlament sədrinin müəyyənləşməsi üçün seçkilər keçirilir.

Onu da qeyd edək ki, Əli Ərdaşir Laricani 2008-ci ildən İran parlamentinin sədridir. O, İranın ali dini lideri Ayətulla Xameneinin Milli Təhlükəsizlik üzrə İran Ali Şurasındakı nümayəndəsi, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh şəxs olub.






loading...


Fikrinizi bildirin