İqlim dəyişikliyi gənclərin psixikasına mənfi təsir göstərir  – Fin psixoloqlar

Dərc olunub: 27/05/2019 - 00:10

400457905Dörd yüzə yaxın fin psixoloq və tələbə gənclərin psixi sağlamlığının qorunması barədə petisiya imzalayıb. Onlar iqlim dəyişikliyinə qarşı tədbirə qatılan uşaq və gənclərə dəstək ifadə edərək, iqlim dəyişikliyi ilə bağlı böhranın həlli üçün məmurlardan işlək tədbirlərin görülməsini tələb edirlər.

Petisiyada öz gələcəyi üçün narahatlıq keçirən gənclərin təbdiri sağlam və konstruktiv reaksiya adlandırılıb.

«Gənclər bilir ki, karbon qazının səviyyəsi daim yüksəlir və bu, Yer kürəsində insanların həyatı üçün ciddi təhlükə yaradır. Eyni zamanda, onlar görürlər ki, varlı ölkələrdə hökumət və yaşlı adamlar bu göstəricini aşağı salmaq üçün yetərli tədbirlər görmürlər» – petisiyada deyilir.

Psixoloqar ondan narahatdırlar ki, iqlim dəyişikliyi müasir gənclərdə ruh düşkünlüyü, depressiya və ümidsizlik hissləri yaradır. Petisiyanı imzalamış mütəxəssislər bildirirlər: Hakimiyyətin passivliyi ona gətirir ki, uşaqlar və gənclər ümidlərini itirirlər və onlarda daha çox psixi problemlər meydana gəlir.

Psixiloqlar israrla tələb edirlər ki, gələcəkdə hökumət gənclərin iqlimə yönəlik irəli sürdüyü tələbləri unutmasın.
Petisiyada Birləşmiş Millətlər Təşkilatının (BMT) uşaqların hüquqları ilə bağlı Konvensiyasının 12-ci maddəsinə istinad olunur. Bu madədə deyilir ki, uşaqlara yönəlik məsələlər üzrə onların dinlənilmək hüququ var. Uşaqların təcrübəsi, baxışları və fikirləri onların öz maraqlarının müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir.
«Hökumətin ekoloji böhranla bağlı hər cür qərarı məsuliyyəti bu ekoloji böhranı yaratmamış nəsillərə ötürür» - deyə, petisiyada təsdiqini tapır.

Petisiyada həm də bildirilir ki, əgər cəmiyyət ciddi tədbirlər görməsə, gələcəkdə böhranın həlli yalnız mürəkkəbləşəcək.

Xəbər verilir ki, mayın 19-da fin psixoloqların ekoloji petisiyası hökumət tərəfindən hökumət danışıqlarında iştirak edən partiyalara təqdim olunub.

Bildirilir ki, petisiya Avropa parlamentinin bütün deputatlarına göndəriləcək.

AzPolitika.info








loading...


Fikrinizi bildirin