Serj Sarkisyan həbsdən çıxan Koçaryana baş çəkib – “Şəxsi məsələlər müzakirə olunub”

Dərc olunub: 26/05/2019 - 22:58

1546523392_kocharyan-sarkisyanErmənistanın 3-cü prezidenti Serj Sarkisyan bugünlərdə həbsdən çıxan 2-ci prezident Robert Koçaryana baş çəkib. Ermənistan KİV-lərinin məlumatına görə, bu barədə Robert Koçaryanın ofisinin rəhbəri Viktor Sogomonyan xəbər verib.

Sogomonyan deyib ki, keçmiş prezidentlərin görüşündə nələrin müzakirə olunduğunu bilmir. “Hesab edirəm ki, siyasi məsələlərdən daha çox şəxsi məsələlər müzakirə olunub”, – Sogomonyan vurğulayıb.

Onun sözlərinə görə Robert Kocharyan yaxın vaxtlarda bəyanatla çıxış edəcək.

Bundan əvvəl verilən məlumata görə Koçaryan “İzmirlyan” tibb mərkəzində müayinədən keçib.

Qeyd edək ki, Yerevan məhkəməsi mayın 18-də Koçaryanın həbsdən azad edilməsi barədə qərar çıxarıb.
Koçaryan “2008-ci ildə ökədə konstitusyon quruluşu devirməkdə və böyük məbləğdə rüşvət almaqda” ittiham olunur.

Onu, Azərbaycanın separatçı bölgəsi – qondarma Dağlıq Qarabağ rejiminin indiki və keçmiş rəhbərləri Bako Saakyanla Arkadi Qukasyan zaminliyə götürüblər. Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.










loading...


Fikrinizi bildirin