İsveçdə yanğın nəticəsində 100 min ev quşu tələf olub – VİDEO

Dərc olunub: 27/05/2019 - 00:37

39708b25-7c20-4071-b512-381f61baad91İsveçin Linçöpinq şəhərində baş verən yanğın nəticəsində 100 minə yaxın ev quşu ölüb.

“Report” “Expressen”ə istinadən xəbər verir ki, şəhər yaxınlığında yerləşən quş fabrikində yanğın günorta saatlarında baş verib.

Toyuqların saxlanıldığı iki bina tamamilə alova bürünüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər binalara keçməsinin qarşısını ala biliblər, lakin quşları xilas etmək mümkün olmayıb.






loading...


Fikrinizi bildirin