Təyyarəyə gecikən nazir istefa verməli oldu

Dərc olunub: 27/05/2019 - 00:45

285745_res_01Meksikanın Ətraf Mühit və Təbii Sərvətlər naziri Josefa Gonzalez-Blanko iş səyahətinə çıxacağı sərnişin təyyarəsini 40 dəqiqə gecikdirdiyinə görə istefa verib.

Virtualaz.org xarici KİV-ə istinadla bildirir ki, sərnişinlərin və medianın etirazı ilə qarşılaşan nazir sosial şəbəkədə istefa səbəbini yazmaqla bir növ xalqdan üzr istəyib.

“Başqa bir səbəbi yoxdur. Heç kim üstünlüyə sahib olmamalıdır. Bir nəfərin mənafeyi çoxluğun rifahından üstün olmamalıdır. Hamımız ədalət və bərabərlik dəyərlərinə uymalıyıq. Təyyarənin gecikməsinə mən səbəb oldum. Bu barədə prezident tapşırıq verməyib”.








loading...


Fikrinizi bildirin