Konqoda sərnişin gəmisi batıb – 30 nəfər ölüb

Dərc olunub: 27/05/2019 - 00:50

6e2de20c-cc48-4a05-b921-70d41db7cb56Konqo Demokratik Respublikasının qərb regionunda yerləşən göllərdən birində insanları daşıyan gəminin qəzaya uğrayaraq batması nəticəsində azı 30 nəfər həyatını itirib. Bir neçə yüz insan itkin düşmüş hesab olunur.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət dairələri nümayəndəsinin bəyanatına istinadən “Associated Press” məlumat yayıb.
İnonqo şəhər meri Saymon Vembanın sözlərinə görə, sərnişin gəmisi Mai-Ndombe gölündə çevrilərək batıb. O bildirib ki, gəmidən onların əksəriyyəti maaş almaq üçün gölün o biri tayına gedən yerli məktəblərin müəllimləri olub. İki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir.
Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub.










loading...


Fikrinizi bildirin