Hacıqabulda maşın piyadanı vuraraq öldürüb – Sürücü qaçıb

Dərc olunub: 27/05/2019 - 01:01

qeza-yol-nishaniHacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyətxan oğlunu Bakı-Qazax yolunda avtomobil vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən yerində keçinib. Naməlum avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin