Şirvan sakini Bakıda hündür binadan yıxılaraq həyatını itirib

Dərc olunub: 27/05/2019 - 01:15

trend_ambulance_210116Şirvan sakini tikintidə hündürlükdən yıxılaraq ölüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, günorta saatlarında Bakı şəhərində tikinti şirkətlərindən birində işləyən Şirvan sakini, 2000-ci il təvəllüdlü Hüseynov Şahin Hafiz oğlu tikilməkdə olan yaşayış binasından yıxılıb.

Həmin binada tikinti işləri görən 19 yaşlı gənc lift üçün nəzərdə tutulan şaxtaya düşüb və hadisə yerində keçinib. Onun meyiti ekspertiza yolu ilə müayinə olunduqdan sonra Şirvan şəhərinə aparılaraq dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.










loading...


Fikrinizi bildirin