Yəmən husilərinə məxsus PUA Səudiyyə aeroportuna hücum edib

Dərc olunub: 27/05/2019 - 02:41

 

4d74324b1642d68850e0b2af85321bb0Yəmənin “Ənsar Allah” müqavimət hərəkatının tərəfdarları (Husilər) pilotsuz uçan aparat (PUA) vasitəsilə Səudiyə Ərəbistanının Cizan şəhər hava limanına hücum ediblər.

ONA-nın “TASS” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi hərbi anqarlar olub. Son iki həftədə husilərin Səudiyyə Ərəbitanına PUA-lar vasitəsilə hücumları artıb.

Bir qədər sonra Səudiyyə Ərəbistanından yayılan xəbərə görə, krallığın havadanmüdafiə qüvvələri yəmənli husilərə məxsus PUA-nı vurub.












loading...


Fikrinizi bildirin