"Heç kim dəhşətli şeylərin baş verməsini istəmir" - Tramp

Amerika lideri Donald Tramp bildirib ki, əgər Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətindədirsə, Vaşinqton bu təklifə müsbət cavab verər.

"Report" xəbər verir ki, o bunu Yaponiya baş naziri Sindzo Abe ilə danışıqlar öncəsi deyib.

Bununla yanaşı Amerika lideri güman edir ki, İran "danışıqlar aparmaq istərdi".

"Heç kim dəhşətli şeylərin baş verməsini istəmir", — deyə CGTN Trampın sözlərini sitat gətirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar