Azərbaycanda 9 bankın kredit portfeli azalıb – SİYAHI

Dərc olunub: 27/05/2019 - 09:27

18919Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun kredit portfeli illik müqayisədə azalıb.

Bunlar “Bank Avrasiya”, “Naxçıvan Bank”, “Access Bank”, “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Nikoyl Bank”, “Atabank”, “AGBank” və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (35,4%), ən az azalma isə “Bank Avrasiya”da (0,1%) qeydə alınıb.

Qalan 21 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika “Bank Respublika”da (49,8%), ən aşağı dinamika isə “Bank of Baku”da (1,7%) qeydə alınıb.








loading...


Fikrinizi bildirin