“Rusiya Ukraynaya təcavüzə görə dəhşətli qiymət ödəyəcək”

Polşanın xarici işlər naziri Radoslav Sikorskiy Rusiyanın Ukraynaya təcavüzə görə dəhşətli qiymət ödəyəcəyinə əmindir.

Musavat.com-un “Ukrinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Moldovanın “Publika” telekanalına müsahibə verərkən deyib.

“Biz əlimizdən gələni eləməliyik ki, münaqişəni nizamlayaq və Ukraynanın öz ərazi bütövlüyünü qoruyub saxlamasına yardımçı olaq. Düşünürəm ki, Rusiya təcavüzə görə dəhşətli bir qiymət ödəməli olacaq”, - deyə Polşanın baş diplomatı vurğulayıb.

Nazir onu da əlavə edib ki, “Ukraynada həlak olan Rusiya əsgərləri gizli şəkildə dəfn edildiyindən, anaları öz oğullarını axtarmalı olurlar” .

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar