Dünyada ən aşağı həyat keyfiyyəti olan şəhərlər – TOP-10

Dərc olunub: 27/05/2019 - 10:38

city-1209105_1280-1“Deutsche Bank” həyat keyfiyyəti üzrə dünya şəhərlərinin reytinqini tərtib edib. Ümumiyyətlə, siyahıya dünyanın 56 şəhəri daxil olub.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həyat keyfiyyətini qiymətləndirmək üçün ekspertlər əhalinin alıcılıq qabiliyyəti, təhlükəsizlik səviyyəsi, səhiyyə, yaşayış xərcləri, gəlirin və mənzil dəyərinin nisbəti, çirklənmə səviyyəsi və digər parametrləri təhlil ediblər.

Nəticədə, Laqos ən aşağı həyat səviyyəsi olan şəhər kimi reytinqin birinci pilləsində yer alıb. Nigeriyanın cənubi-qərbində yerləşən bu liman şəhərinin əhalisi 13 milyondan çoxdur. Laqosun ekoloji durumu narahatlıq doğurur. Şəhərin iri kvartalları infrastrukturdan məhrumdur, insanlar xarabalıqlarda məskən salıb. Laqosun ən böyük problemlərindən biri isə zibildir.

Həyat səviyyəsi ən aşağı olan şəhərlərin reytinqi:

#

Şəhər

Ölkə

1

Laqos

Nigeriya

2

Pekin

Çin

3

Manila

Filippin

4

Dəkkə

Banqladeş

5

Cakarta

İndoneziya

6

Mumbay

Hindistan

7

Rio-de-Janeyro

Braziliya

8

Qahirə

Misir

9

Şanxay

Çin

10

San-Paulu

Braziliya








loading...


Fikrinizi bildirin