REKTORUN 200 MİNLİK YENİ AVTOMOBİLİ - "Bir neçə aydır bu lüks maşından istifadə edir" (FOTO) 

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.

Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.

Xanım rektorun maşınının xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.

Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N.Əliyeva artıq bir neçə aydır bu bahalı maşından istifadə edir.

Avtomobilin fotosunu təqdim edirik:

 

Şərhlər

VƏTƏNDAŞ 2019-05-27 10:55:24

Biabırçıliq.NİYƏ BU REKTORLAR MƏMURLAR ÖZ İTEHSALIMIZ OLAN MAŞINLARI BƏYƏNMİRLƏR Kİ

Filosof 2019-05-27 10:55:24

Neynemelidir bes,, " Belarus" traktorunda gezmelidir rektor

Mirzə AĞ 2019-05-27 10:55:24

Sual: Araşdırılsın, görək rektor bu qədər pulu hardan alıb?!

Oqtay 2019-05-27 10:55:24

Bu səviyyəsizlikdir.O universitetdə oxuyanlara mənim yazığım gəldi bu səviyyədə olan rektorun universiteti nə gündədir görəsən

EJDER 2019-05-27 10:55:24

BES BUNLAR GUYA,,NAZ LIFAN,,ALMALI IDILER...MALADES.HANSI PULLARA ALINIB.AZERBIYJANDA KORRRUPPSIYA KOMITESI VAR...

Son yazılar