“Azarkeşlər artıq fantastik stadionla tanış olublar” – Britaniya səfiri

Dərc olunub: 27/05/2019 - 11:43

7b2eb192-1423-4057-aba4-30cd90c0fdaa“Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts mətbuat konfransında deyib.

“Təhlükəsizlik məsələlərinə gəlincə, ölkə hər zaman beynəlxalq təcrübəyə uyğun olaraq bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir”, – o bildirib.

Səfir həmçinin qeyd edib ki, Bakı Avropa Liqasının final matçının keçirilməsinə ciddi hazırlaşıb: “Azarkeşlər artıq Azərbaycanla, Bakı ilə və fantastik stadionla tanış olublar”.










loading...


Fikrinizi bildirin