Minsk qrupunun amerikalı həmsədri Bakıda xalı axtarır

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Ceyms Uorlik artıq iki gündür Bakıdadır. O, dövlət başçısı İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirib.

Contact.az saytının məlumatıa görə, Uorlik öz "Tvitter" səhifəsində bu görüşçlərin məhsuldar olduğu barədə qeydlər yazıb.

Onun ilk statusu bu cür olub: "Bu gün Azərbaycanın xarici işlər naziri ilə əla nahar etdik - piti yedim. Quzu əti möhtəşəm idi".

Diplomatın ikinci qeydi isə bu cürdür: "Bakıda gözəl xalıları haradan tapa bilərəm? Ənənəvi Azərbaycan xalısı, əli işi"

Ümid edək ki, səfəri ərzində Uorlik Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də diqqət ayıracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar