Gürcüstanda yeni siyasi partiya yaradılıb

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının keçmiş üzvləri “Ədalət naminə” adlı partiya yaradıblar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yeni partiyanın təsisçilərindən biri Eka Beselia mətbuat konfransında bildirib.

O deyib ki, partiyanın əsas məqsədi ölkədə ədalətin bərpa olunmasıdır.

Partiyanın təsis qurultatı iyun ayının 20-də keçiriləcək.

E.Beselia ilə yanaşı partiyanın təsisçiləri Zviad Kvaçantiradze və Gedevan Popxadzedir. Onlar partiya ilə bağlı müxtəlif siyasi təşkilatlar və siyasətçilərlə məsləhətləşmələr aparacaqlarını bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar