PAŞİNYANIN OĞLU İRƏVANA QAYTARILDI... -  Və anası açıqlama verməyə məcbur oldu

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda hərbi xidmət keçən oğlu İrəvana qayıdıb. “AzPolitika.info” xəbər verir ki, bu məlumat Ermənistan mətbuatında birmənalı qarşılanmayıb. Mətbuatda bunu baş nazirin oğluna xüsusi imtiyazlar yaradılması ilə izah edənlər olub.

Nəticədə Paşinyanın arvadı Anna Akopyan oğlunun İrəvana gəlməsi səbəblərilə bağlı jurnalistlərin suallarını cavablandırmalı olub.

O, deyib ki, oğlu İrəvana sadəcə, hərbi hazırlıq məqsədilə gətirilib və ona qanunda nəzərdə tutulduğu kimi, yalnız bir günlüyə evə gəlməsinə icazə verilib: “O, Qarabağa qayıdacaq və xidmətini davam etdirəcək. Bizim oğlumuz adi əsgər kimi xidmət keçir və yoldaşlarından heç nə ilə fərqlənmir...”

Qeyd edək ki, erməni mediasında və sosial şəbəkələrdə baş nazirin oğlunun Qarabağdan geri çağırıldığı və İrəvandakı Sovetaşen hərbi hissəsində xidmətini davam etdirdiyinə dair xəbərlər yayılıb.

AzPolitika.info

635x100

Şərhlər

EJDER 2019-05-27 13:33:13

PAWINYAN WUWADA AILESI ILE HAY HUY EDIR,BU ANALOQU OLMAYAN HOKUMETIMIZ,,LAZIMI,,TAPA BILMIR...NAQIL DANIWIR

Seyid 2019-05-27 13:33:13

Paşinyanın oğlu Qarabağdan birdəfəlik qayıdıb İrəvan ətrafında hərbi xidmət keçsəydi, bizim məmurların da canı qurtarardı "əsassız" ittihamlardan.

Son yazılar