Bolqarıstan prezidenti Azərbaycana gələcək

Bolqarıstan prezidenti Rosen Plevneliyev sentyabrın üçüncü həftəsində Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, səfərdə məqsəd Trans-Adriatik (TAP) boru xəttinin təməlqoyma mərasimində iştirak etməkdir.

Tədbirdə Türkiyə, Yunanıstan, Albaniya və digər ölkələrin prezidentlərinin də iştirakı gözlənilir.

Xatırladaq ki, daha əvvəl Bolqarıstanın prezidenti bildirib ki, gələcəkdə Türkiyə və Bolqarıstan arasında qaz boru sisteminin işə salınması Bolqarıstanın Azərbaycandan, eləcə də İran, Qatar və digər ölkələrdən qaz almasına imkan yaradacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar