Bakıda motosiklet faciəsi - Ata öldü, oğlu isə...

Paytaxtın Xətai rayonuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, mayın 26-da Xətai rayonunun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi "Zontes” markalı motosikleti yolun kənarında dayanmış "Foton” markalı yük avtomobilinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar