Jurnalisti döyən icra başçısına qarşı cinayət işi başladılıb - Video

Rusiya İstintaq Komitəsinin Xakasiya vilayəti üzrə İdarəsi Şira rayonunun icra başçısı Sergey Zaytsev barəsində jurnalist fəaliyyətini həyata keçirərkən media işçisinə hücumla bağlı cinayət işi başladıb.

ONA-nın məlumatına görə, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mayın 22-də “Vesti. Dejurnaya çast” proqramının çəkiliş qrupu reportaj hazırlamaq məqsədi ilə rayon administrasiyasının binasına gediblər: “Kabinetində jurnalistlə görüş zamanı Sergey Zaytsev onların fəaliyyətindən narazı olaraq jurnalisti əli ilə itələyib, paltarından tutaraq yerə yıxıb”.

Cinayət işi çərçivəsində istintaq idarəsi məmurun korrupsiya əməllərində iştirakını da araşdırır.

635x100

Şərhlər

Redaktor 2019-05-27 14:52:14

Binin atasına rəhmət hələ belə itələyib döyub. Bizdə bir başa bandatelə aparıb başına min oyun acırlar. Buna misal Azərbaycan Beynəlxalq Aləmdə jurnalının baz yazarı il bərabər jurnalın digər əməkdaşı Yaşar İsgəndərovun adı cəkilən idarədə işgəncələrə məruz qalmasıdır. Səbəb peşə fəaliyyətlərinə manecilik göstərmək olub.

Son yazılar