Jurnalisti Ağdamda həbs etdilər - Açıqlama

Yeniçağ.az saytının əməkdaşı, jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib.

Bu barədə BakuPost-a saytın baş redaktoru Aqil Ələsgər məlumat verib. O bildirib ki, Səxavət Məmməd Ağdam rayon məhkəməsinin qərarı əsasında 10 sutkalıq həbs edilib.

Jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. O borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.

A.Ələsgərin fikrincə bu qərarjurnalistin yazıları ilə bağlıdır: "O, aliment verməkdən boyun qaçırmayıb. Sadəcə övladını ondan gizlətdikləri üçün gecikmə olub. Hesab edirik ki, bu məhkəmə kiminsə sifarişidir və sırf onun jurnalist fəaliyyəti ilə bağlıdır”.

Xatırladaq ki, Səxavət Məmməd "Nəcməddin Sadıkov pensiyaya göndərilir? – General üçün qərar anı” başlıqlı yazı hazırlamışdı.

635x100

Şərhlər

t.ədalət 2019-05-27 15:43:25

Bu Nacmuddin Sadıkov nə yaman matah olub?Onun dövrü Azərbaycan üçün çoxsaylı itkilərlə yadda qalıb.Hələ də Azərbaycanın dövlət dilini öyrənə bilməyən bir generalın nəyini tərifləyirlər?"Hərbi ekspert" Üzeyir Cəfərov hansısa mükafata görə onu tərifləməklə məşğuldur.Ağac bar gətirməyəndə onu dəyişirlər.Bu adam hələ bir metr torpağın qaytarılmasına nail ola bilməyib.Yaxın dostu Yereşev indi ermənistan ordusunun kəşfiyyat rəhbəridir.Tanrı bizi qorusun!

EJDER 2019-05-27 15:43:25

AYE,AQDAMDA NE IWIN VAR,DIQALAR ORADA UCENIYE KECIRDIR.KEWA QOHUMDU...TOXUNULMAZDI...ANALOQU OLMAYAN INKIWAFIMIZI TERIFLE.LAZIM GELEN KIMI,AQDAM ALAJAIQ.....

Son yazılar