Təbrizli iş adamı Ermənistanda zavod tikəcək

İranın Ermənistan iqtisadiyyatına dəstəyi davam etdirilməkdədir. İndi də özünü dünyada islamın dayağı hesab edən ölkənin iş adamları işğalçı ölkədə smart-televizorlar istehsalı müəssisəsi açmağı planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında İrandan olan Parlar Soph Asia Co. şirkətinin Qafan rayonunda smart-televizor istehsalı zavodu açacağına dair məlumat yayılıb. Şirkətin rəhbərliyində təmsil olunan Cəfər Sübhi Heşalagi Ermənistan tərəfi ilə saziş imzalayıb. Ermənistanda Nikol Paşinyanın da qatıldığı iqtisadi forumda iştirak edən sözügedən iş adamı həmin müəssisə sayəsində bu ölkədə yeni iş yerlərinin açılacağını deyib.

O da məlum olub ki, Cəfər Sübhi özü Təbrizdəndir. Lakin bu, onun işğalçı ölkənin iqtisadiyyatına töhvə verməsinə mane olmayıb: “Bu layihə yeni iş yerlərinin açılmasına və Ermənistan-İran tərəfdaşlığının inkişafına xidmət edəcək. Mən əslən Təbrizdənəm və bizim şəhərdə iranlılarla ermənilər əsrlərlə bir yerdə yaşayıblar...”

O da qeyd edilir ki, müəssisəyə milyonlarla dollar investisiya qoyulacaq və onun istehsal edəcəyi məhsullar Ermənistanla yanaşı, digər Avrasiya İqtisadi Birliyinə üzv respublikalarda da satılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar