"2014-CÜ İL SƏVİYYƏSİNİ 2042-DƏ BƏRPA EDƏ BİLƏRİK" - Ekspert açıqladı   

"Əgər ÜDM-in artım tempi indiki sürətlə davam edərsə və milli valyuta ABŞ dollarına nisbətdə hazırkı məzənnəni saxlayarsa, bu halda Azərbaycan iqtisadiyyatı 2014-cü il səviyyəsinə 23,5 ildən sonra çata bilər.Nəzərə alsaq ki, devalvasiyadan 5 il ötüb, onda itkilərin bərpası üçün 28,5 il lazım gələcək. Bu isə o deməkdir ki, 2014-cü il səviyyəsinə 2042-ci ilin sonunda çata bilərik". Bu fikirləri iqtisadçı - ekspert Qubad İbadoğlu özünün "facebook" hesabından paylaşdığı yazısında bildirib.

Ekspert daha sonra bildirib: "Bu ilin 1-ci rübünün nəticələrinə görə ABŞ-da Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 faiz artıb. ABŞ-ın ÜDM-i 2018-ci ildə 19,4 trillion dollar olub, onun 3,2 faizlik illik artımı mütləq ifadədə 620 milyard dollarlıq əlavə dəyərin yaranması deməkdir. ABŞ ÜDM-in 1 rübdəki artım tempini ilin sonunadək saxlayacağı halda, bu dövlətin yalnız 1 illik artımdan əldə etdiyi dəyər Azərbaycanın 2018-ci il üçün ÜDM-dən 13 dəfə çox olacaq.

Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında ÜDM 2018-сi ilin yanvar-aprel aylarına nisbətən 2,1 faiz artıb. Azərbaycanda ötən il 46 milyard 939 milyon dollarlıq ÜDM istehsal olunub. Bu göstərici 2014-cü ildəki ÜDM-dən (75 milyard 659 dollar) 28 milyard 720 milyon dollar aşağıdır. Bu o deməkdir ki, bu gündən hesablayanda 2014-cü illə müqayisədə itirilmiş ÜDM hazırkı artım tempi ilə 23,5 ilə, yəni 2042-ci ilin sonunda bərpa edilə bilər".

635x100

Şərhlər

2+2=4 2019-05-27 17:00:01

......“Bu o deməkdir ki, bu gündən hesablayanda 2014-cü illə müqayisədə itirilmiş ÜDM hazırkı artım tempi ilə 23,5 ilə, yəni 2042-ci ilin sonunda bərpa edilə bilər”......bunu neftin dünya bazar qiymətləri bilər (2011-2012-ci illərin qiymətləri), bu qiymətlər ÜDM-in enişini və yüksəlişini müəyyənləşdirir, bir də mövcud maliyyə vəsaitlərindən istifadənin səmərəliliyi

Tet-a-tet 2019-05-27 17:00:01

......“Əlbəttə, ki mən Qərbda iqtisadiyyatin eliksiri olmasini bilirəm və mexanizmindən, savadsiz olsam da belə başim çixir”...... açar söz “savadsız olsam”-dır. Çünki yalnız belə savadın sahibi belə ifadəni işlədə bilər ki, ..... “RBKA-da şəhrlər və ekspertlər söz ğuləşdirmə üzrə ustalardir iqtisadiyyatdan xəbərsiz zümrədir ”......yeri gəlmişkən, vergül durğu işarəsi “ki” şəkilçisindən sonra işlənir, əvvəl yox, iqtisadiyyatın tənzimlənməsinin fəlsəfəsi üzrə ekspert məllim!!!

İmdad Şirzadov 2019-05-27 17:00:01

Hörmətli Professor-Analitik Q.İbadoğlu, təhlilin zəruriyyəti və dəyəri hədsizdir. Görəsən, islahatçı MV Q.Həsənquliyev bu straregiyanı kimin adına yazar? Dövlət diaspordan başlamış "daxilə-xaricə" investisiyalar atır. Azərenerji ev də tikir, vaqonda istehsal edir. DəmirYol da minlərlə metallovaqon sifariş verir? Bu 2-li, 3-lü tərəqqini nəzərə alırsınızmı? SOCAR Avropanı neft-qazla təchiz edir, ölkədə xəstəxanalar da qurur. Əhali sıgor talanıb bu xərcləri ödəyəcək!

yengibar 2019-05-27 17:00:01

Dövletden oğurlanmış pulları yerine qaytarsalar ele sabah 2014-cü ildeki seviyyeni berpa etmek olar.Oğurluq tempini nezere alsaq , heç 2200-cü ilde de mümkün olmayacaq .

Geber 2019-05-27 17:00:01

Hörmətli Qubad İbadoğlu yəqin , ki Rusiyyanin RBK kanallinda rus iqtisadçi aparicilari və ekspertlərinin dərin analitik verilişlərinə baxmisiniz . Onu da nəzərə alin , ki RBK-nin yiyəsi Deribaska və Kreml , diğərləri nə səbəbdən 30 ildir , ki hər bir yeni iqtisadi asqirmadan , keçinin bilmədiyi otlari həzm etmədən muflis vəziyyətə düşür ? və birbaşa büdcədən cinaiyyət tərkibli qanunlarla maliyyəşirlər ?. Bəs keçəl dərman bilirsə başi niyə aypara tək parlayir ? Deməli RBKA -da şəhrlər və ekspertlər söz ğuləşdirmə üzrə ustalardir iqtisadiyyatdan xəbərsiz zümrədir. Soros fondundan qidalanan ekspertlərə qulaq asanda : dinləyicidə elə təəsurat yaranir , ki bu insanlar rusça hər şeydən və hər nədən qabaqcadan xəbərdardir , Əllədinin iqtidsadiyyata sehirli lampasi da studiyada qurulub və hər şey ideal və aydindir . Lakin Rusiyada 1990 -ci ildən üzü bəri yalniz bir iqtisadi ğözstərici öz yerində sayur bu da kasibçiliqdir. Xahiş edirəm inciməyin Sizlərin çoxsayli ekspert rəyininz qabaqcadan məlum hallara curbəcur rakurslardan faktiki birmənali ğöstəricilərə effektli yanaşma ilə , standart şəhrinizdən başqa , təzə bir yrnilikdə yoxdur. Dəqiqliklə bilirəm , ki Ukraynada insanlar 2003-cu ildən üzu bəri 33 hakimiyyəti _bu tipli optik illyuziyali ekspertlırin şəhrlərinə inanmasaydilar dəyişib xarabaliqlarda təlxəkdən nicat istəməzdilər. Əlbəttə , ki mən Qərbda iqtisadiyyatin eliksiri olmasini bilirəm və mexanizmindən , savadsiz olsam da belə başim çixir , lakin adini xəsisliklə cəkidiyim iqtid=sadi Jinə Əllədinin lampasina olunan dualarin qiymətini də bilirəm . İqtisadiyattinqərbdə sirr olan STARTERİ Rusiyanin cəmi sərvətlərindən bahadir. Bu starter haqda musəlman təxəyulundə nə bilği ola bilər nə də sağlam ruşeyim . Qərb hec bir halda real bu haqda mexanizmi , yəni velosipedi yalniz hər hansi bir ölkəni nəzarətinə almayinca , həmin ölkədə kimsə o velosepedi öprə bilməz. Misal Zelenskinin şansi var , ki sue=ursunlər ad da Zelenskinin olsun . o ölkələr , ki kasibçiliqin ğirdabindadir , həmin ölkələrə Sizlər kimi ekspertləri Soros Fondu sirayir və yalançi dualari ilə olan qalan sifətimiz də eybəcərləşəcəkdir . Faktiki olaraq Soros Fondundan çixan ekspertlər Rusiya Ali İqtisad Məktəbinin mutəxəsisslərindən elə də fərqli bilğiləri olada bilməz , onlarin mudaxilələlərindən iqtisadiyyat yalniz iflic ola bilər vəssalam. Əğər bu insanlarda vəyaxud da Sizdə Əllədinin Lampasi haqda bilğilər olsaydi :- istənilə Afrika və yaxud Asiyanin ğeridə qalan hökümətləri bilğilərinizə ən azindan 50 milyon dollar mükafat ayirardi:- qəzet və internetdə vaxt da itirməz idiniz. Yzdiğiniz optik illyuziyali faktlardan fərqli , deyərdim , ki həqiqi iqtisadi ğöstəricilərə ğörə , məsələn Rusiya Tadjikstanin müsbət dinamikasina " yaşamaq və insan kapitali "ğöpztəricisinə 2092 -ci ildə də çata bilməz amma bizlər 22 dəfə qabaqdaydiq Tacikistanda bir iki səhf ücbatindan indi isə 20 il ğeridəyik . Hansi səhflər nəticəsində ? demirəm , ki yazdiğim ucuzlaşmasin mukafatimda ağir olsun. Deyəcəksiniz , ki yaşamaq və insan kapitali əmsali kimi iqtidsadi termin yoxdur axi ? Cavabi belədir : iqtisadi ğöstəricilərə ad qoyanda yəni quşlara ad qoyanda birisinə qağa birisinə tovuz quşu Siz oradami olmusunuz və yaxud adi Sizmi icad etmisiniz bəlkə ? Ad şərtidir , ona ğörə Çində Den Syapin deyirdi , ki pişik ücün sican və yaxud cücə , tisbağa ? ad vacib deyil pişiyin qarni doysun hami elə fikirləşmişdi , ki söhbət qarndan lulə kababin dinamikasindan ğedir . Əksinə pişiyin ğözü doysun kimi ilə qarni arasinda talein tərs mutənasibçiliyəndə olunan artirmalardan söhbət ğedir. Əğər Qərb hər hansi bir ölkəyə 10 milyard kredit verirsə , qərb kreditin qaytarmasini əsla istəmir necə ki Ukraynani pişik kimi torbaya saldi . İqtisadi ğəstəricisi pul maliyyə traktor villa ilə hərəkətsizləşir hərəkərtə ğəlmir dostum .

Son yazılar