Yaponiyanın baş naziri vasitəçilik təklif edib – İranla ABŞ arasında

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiyanın Baş naziri Sindzo Abe Vaşinqtonla Tehran arasında münasibətlərin yaxşılaşmasına kömək məqsədilə İrana səfər etmək niyyətini ifadə edib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Abenin bu ideyasını bəyənib və ümid etdiyini bildirib ki, səfər «mümkün qədər tez» baş tutacaq.

KİV-in məlumatına görə, Abenin Tehrana səfəri iyunun 12-14 tarixinə planlaşdırılıb.

Xatırladaq ki, hazırda ABŞ prezidenti Donald Tramp Tokioda rəsmi dövlət səfərindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar