NATO Çexiyada irimiqyaslı təlimlərə başlayır

NATOSentyabrın 3-dən 15-dək Çexiyada NATO-ya üzv olan 12 dövlətin Hərbi-Hava Qüvvələrinin irimiqyaslı təlimləri keçiriləcək. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə təlimlər qərargahının rəsmi nümayəndəsi Maqdalena Dvorjakova bildirib.

Təlimlərdə Çexiyanın 1100 hərbçisindən başqa Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Hollandiya, Danimarka, Litva, Latviya, Slovakiya, ABŞ və Estoniyadan gəlmiş 300 hərbçi iştirak edəcək.

Təlimlərdə 30-dək döyüş təyyarəsi və helikopteri, 50 ədəd döyüş və köməkçi texnika istifadə etmək nəzərdə tutulub. Hava texnikasının uçuşları səhər saat 9-dan 23-dək ölkənin mərkəzi və şərqi hissəsindəki hərbi poliqonların üzərində baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar