Nazarbayevə Qazaxıstanın fəxri senatoru statusu verilib

Qazaxıstan Parlamenti Senatının bürosunun iclasında bu ölkənin fəxri senatoru statusu məsələsi nəzərdən keçirilib.

İclasda ilk fəxri senator statusunun Qazaxıstanın birinci Prezidenti, Elbası Nursultan Nazarbayevə verilməsi qərara alınıb.

Qeyd edilib ki, statusun birinci Prezidentə təyin edilməsi onun Qazaxıstan dövlətçiliyinin qurucusu, insan və vətəndaş hüquq və azadlıqlarını qoruyan, ölkənin strateji kursunu müəyyənləşdirən, cəmiyyətdə birliyi təmin edən şəxs kimi tanınmasının ifadəsidir(azərtac).

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar