"Qəbələ" komandası kuboku rayon əhalisinə təqdim edib

"Qəbələ" futbol komandası sahib olduğu kuboku doğma meydanda azarkeşlərinə bayram tədbiri ilə təqdim edilib.

"Report"un Qəbələyə ezam olunmuş Şirvan bürosunun məlumatına görə, qarşılanma mərasimi şəhər stadionunda baş tutub.

Mərasimi giriş sözü ilə Qəbələ rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov klubun tarixi haqqında geniş məlumat verib. Daha sonra səhnəyə azarkeşlərin alqış sədaları altında klubun məşqçisi Sənan Qurbanov və komanda üzvləri çıxıblar. Klub rəhbərliyi və futbolçular meydana da daxil olaraq, azarkeşlər qarşısına yollanıblar. Onlar kubok sevincini sadiq fanatlarla bölüşüblər. Sonda Roza Zərgərli və Pərviz Bülbülənin iştirakı ilə konsert proqramı təşkil edilib.

Qeyd edək ki "Qəbələ" finalda "Sumqayıt"ı 1:0 hesab ilə məğlub edərək, ölkə kubokuna sahib olub

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar