Zaqatalaya yağan dolu təsərrüfata ziyan vurub

Zaqatalaya leysan yağış və dolu yağıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saat 20:00 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgəyə fasilələrlə leysan yağış və dolu yağıb. Bölgədə ən çox yağış Zaqatala rayonu ərazisinə düşüb. Rayonun Aşağı Tala və Yuxarı Tala kəndlərinin ərazilərinə güclü küləklə müşahidə olunan leysan yağışı, 15 dəqiqə ərazində noxud böyüklüyündə dolu yağıb. Dolu nəticəsində sakinlərin həyətyanı sahəsindəki meyvə ağaclarına və əkin sahələrinə ciddi ziyan dəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar