ABŞ Rusiya qarşısında geri çəkilir - “Dəlilimiz yoxdur"

ABŞ Rusiya Ordusunun hərbi birləşmələrinin Ukraynada iştrakını sübut edə bilmir.

AzNews.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Cenifer Psaki keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Ukraynanın cənub-şərqində Rusiya Silahlı Qüvvələrinə məxsus ordu birləşmələrinin birbaşa iştrakını isbat etəmk üçün yeni bir dəlilə malik deyillər: “Buna baxmayaraq, Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların effektliyini artırmağa başlayır”.

Ukrayna hökuməti isə müxtəlif sübutlar göstərməklə Rusiyanın ordu birləşmələrinin Donetsk və Luqansk vilayətlərində separatçılar tərəfdə döyüşdüyünü deyir.

Rəsmi Moskva isə ciddi cəhdlə bunları təkzib edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar