Bu rayonlar qazsız qalacaq

qaz_7_420x250Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 12:00-dək Şəki rayonuna, saat 13:00-dək Nərimanov, saat 17:00-dək Suraxanı, Xətai, Füzuli və Yevlax rayonlarının bir hissəsinə, Qax rayonuna, saat 18:00-dək Nizami, Xəzər, Binəqədi, Abşeron, Quba və Şəmkir rayonlarının bir hissəsinə, Astara rayonunun Ərçivan, Kürdəmir rayonunun isə Çöhranlı və Bağbanlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Fasilələrin yaranması qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar