Prezidentlərin görüşü başladı - Foto

Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimi keçirilib. ANS-in xüsusi müxbirinin verdiyi məlumata görə, ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Azərbaycan prezidenti türkiyəli həmkarını qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə də raport verdikdən sonra iki ölkənin dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.R,T. Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan dövlət və hökumət nümayəndələri R. T. Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Qeyd edək ki rəsmi qarşılamadan sonra iki ölkə başçısı tətbətək görüş keçirilər. Bundan sonra Azərbaycan və Türkiyə tərəfinin rəsmi nümayəndələrinin iştirakı ilə iki tərfli görüş baş tutacaq.daha sonra isə prezidentlər birgə bəyanat verəcəklər. Görüşdə Türkiyə prezidenti R.T. Ərdoğanı ölkənin Enerji və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri İsmət Yılmaz müşayiət edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar