"Ford" 14,5 mindən çox avtomobili geri çağırdı - SƏBƏB

"Ford" Rusiyada 14,5 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılma Rusiyada 2012-ci ilin avqustundan 2018-ci ilin aprelinədək satılmış "Explorer" modelinə şamil olunur.

Məlumatda qeyd olunur ki, qərar arxa təkərlərin nizamlanma rıçaqında aşkar olunan qüsurlarla əlaqədardır.

Bu qüsurun avtomobilin qəza riskinin artmasına səbəb ola biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar