Ərdoğan Trampla S-400 sövdəsini müzakirə edib - İşçi qrup yaratmağı təklif edib

Türkiyə və ABŞ prezidentləri telefonla Ankaranın Rusiyadan S-400 sistemi almaq məsələsini müzakirə ediblər. Məlum olduğu kimi, Vaşinqton bu sövdənin əleyhinə çıxış edir.

Türkiyə prezidentinin administrasiyasından bəyan ediblər ki, Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı Donald Trampa xüsusi işçi qrupun yaradılmasını təklif edib.

Administrasiyanın nümayəndəsi Fəxrəddin Altun «Tvitter»də xatırladıb ki, Türkiyə S-400 sistemlərini öz təhlükəsizlik ehtiyacları üçün alır.

İki ölkənin liderləri həm də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixlərində keçiriləcək G20 sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Türkiyə bundan əvvəl xəbər vermişdi ki, S-400 almaq məsələsi «başa çatmış iş»dir və sistemlərin qurulması üçün tezliklə ölkəyə Rusiyadan texniki mütəxəssislər gələcəklər.

AzPolitika.info

635x100

Şərhlər

Türk 2019-05-29 23:25:37

Hörmətli Ərdoğan,Siz Türkiyənin prezidenti və Türk xalqlarının əyilməz liderisiz.Tramp kimi birisinə heç zaman inanmayın.ABŞ-dan və onun rəbəri olan Trampdan heç vaxt Türkiyəyə və Türk xalqlarına dost olmaz.TÜrkiyə ABŞ-dan olan keşişi azad etdi.Buna baxmayaraq bu gün də ABŞ F.Güləni Türkiyəyə vermir.İkinci Güləni tapandan sonra verəcək.ABŞ-ın dostu yoxdur,maraqları var.Əyilməyin böyük insan.TÜRK VƏ MÜSƏLMAN DÜNYASININ ÜMİD YERİ.

Son yazılar