Bakıda "Çelsi" və "Arsenal" azarkeşlərinin futbol bayramı - VİDEOREPORTAJ

Artıq bir neçə saat sonra İngiltərənin "Çelsi" və "Arsenal" komandaları Bakıda Avropa Liqasının finalında qarşılaşacaqlar.

"Report"un əməkdaşı həlledici qarşılaşma üçün Bakıya gələn əcnəbi turistlər arasında sorğu keçirib.

Paytaxtın mərkəzi küçələrində London təmsilçilərinin azarkeşləri yetəri qədərdir. Bunların arasında isə İngiltərə vətəndaşları çoxluq təşkil edir. Əsasən də Londondan olan futbolsevərlər komandaları dəstəkləmək üçün Bakıya gəliblər. Halbuki bir neçə gün əvvəl bu ölkənin bir sıra kütləvi informasiya vasitələri bəzi bəhanələr gətirərək azarkeşlərinin paytaxtımıza gələ bilməyəcəyini yazmışdı.

Lakin bu ölkənin vətəndaşları şəhəri çox bəyəndiklərini və yenidən ölkəmizə gəlmək istədiklərini bildiriblər. İngilislərlə yanaşı, paytaxtın küçələrində müxtəlif ölkələrdən olan fanatlar da kifayət qədərdir.

İngilislər Azərbaycanda gözəl şəhər, gözəl insanlar və qonaqpərvərlik gördüklərini bildirirlər. Onlar Azərbaycan dilində ən çox "manat" və "giriş" sözlərindən istifadə edirlər. Final üçün Londondan atası ilə gələn Mark adlı azyaşlı fanat Bakıda öz istedadını nümayiş etdirib. O, bir neçə dəfə top çiləyərək ətrafdakıların diqqətini özünə cəlb edib. İngiltərəli azarkeşlərdən biri ötən il doğum gününü də Bakıda qeyd etdiyini söyləyib.

Yeni Zelandiyadan gələn azarkeş isə Bakıya çatmaq üçün 12 saat yol qət etdiyini, lakin bunun üçün peşman olmadığını vurğulayıb. O, öz ölkəsində havanın soyuq olduğunu və Bakıya gəldiyi üçün sevindiyini deyib.

ABŞ-ın Orlando ştatından olan turist mikrofonu əlinə alaraq bütün həmvətənlərini Bakıya gəlməyə səsləyib.

Almaniyanın "Ayntraxt" komandasının bir qrup azarkeşi də final üçün Bakıya gəlib. Onlardan biri Dortmund "Borussiya"sının 2010-cu ildə "Qarabağ"la matçına gəlmək istədiyini, lakin müəyyən səbəblərdən səfərin baş tutmadığını söyləyib.

Rusiyalı azarkeş isə artıq Xəzər dənizində çimərliyə getdiyini deyib.

Bundan başqa, İrandan, Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən olan azarkeşlər Bakıdakı futbol bayramını izləməyə gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar