İran ABŞ-la danışıqlar üçün şərtləri açıqlayıb

ruhaniİran ABŞ yalnız Tehrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırıb, nüvə sazişi üzrə öhdəliklərinin icrasını davam etdirəcəyi təqdirdə Vaşinqtonla danışıqlar barədə düşünə bilər.

“Reuters” agentliyinin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

“Danışıqlar üçün qapılar bağlı deyil. ABŞ sanksiyaları ləğv etməli və razılaşmaları yerinə yetirməlidir”, - deyə Ruhani bildirib.

Bundan əvvəl Donald Tramp (mayın 27-də) İslam Respublikasının danışıqların aparılması istəyini ifadə edəcəyi təqdirdə, Vaşinqtonun Tehranla danışıqlar prosesinə razılaşacağını dilə gətirmişdi. O, “qorxulu şeylərin baş verməsini” hamıdan az arzuladığını bildirmişdi.

Mayın 26-da İraq XİN rəhbəri Məhəmməd Əli Əl-Hakim iranlı həmkarı Cavad Zərifə Birləşmiş Ştatlarla İran arasında danışıqlara vasitəçilik etməyi təklif etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar