"Azarkeşlərin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur" - İngiltərəli qonaq

"Mən ilk dəfədir ki, Bakıya gəlirəm. Çox gözəl və müasir şəhərdir. Xüsusilə də şəhərin sakinləri çox mehriban və qonaqpərvərdirlər".

Bu sözləri AZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün öz nəvəsi ilə Bakıya gələn ingiltərəli futbol azarkeşi Keni Kaldrel deyib.

İngiltərəli turist UEFA Avropa Liqasının final oyunu öncəsi Bulvarda azarkeş festivalının və fan zonalarının belə yüksək səviyyədə təşkil olunmasını yüksək qiymətləndirib.

“Final oyunu ilə bağlı Bakıya gələn bütün azarkeşlərin və turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunur. Xarici turist kimi şəhərinizdə özümüzü çox rahat və təhlükəsiz hiss edirik. Biz gələcəkdə final oyunundan sonra da Bakıya qayıdıb şəhəri özümüz üçün yenidən kəşf etmək istərdik”, – deyə o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar