BAKIDA TƏXRİBATA QARŞI QEYRİ-ADİ AKSİYA – Aranı qatmaq çağırışlarına qarşı bunu etdi (VİDEO)

(R) Xəbər verildiyi kimi, Avropadakı bəzi siyasi mühacirlər 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü və 29 may UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar Bakıda bəzi təxribatlar həyata keçirməklə bağlı çağırışlar etmişdilər.

Artıq hər iki tədbir arxada qalıb və bu günlərdə Bakıda hər hansı təxribata cəhd qeydə alınmayıb. Yəni bəzi təxribatçı qüvvələrin çağırışları nəticəsiz qalıb – kimsə bu təxribatlara uymayıb.

Xeyli vaxtdır Avropadakı bəzi siyasi mühacirlərlə virtual savaş aparan iş adamı Maqsud Mahmudov isə təxribat cəhdlərinə qarşı Bakıda maraqlı aksiya keçirib. O, şəxsi avtomobillərini müxtəlif şüar və Prezident İlham Əliyevin portretləri ilə bəzəyərək 2 gün Bakının mərkəzində yürüşlər keçirib. İş adamının bu aksiyası final qarşılaşmasını izləmək üçün paytaxtımıza təşrif buyurmuş xarici qonaqların da marağına səbəb olub.

Maqsud Mahmudovun aksiyasından qısa videoreportajı təqdim edirik:

635x100

Şərhlər

EJDER 2019-05-30 11:14:45

UX,MALADES...XALADES...M M NAMIZEDLIYI VERERSEN,,,HA HA HA GETDIN QABAQA...CANI

adil 2019-05-30 11:14:45

Muxbir diqetli olsa onda gorer ki, minlerle masinlarin bayraqi da var ulu onder Heyder Eliyevanin portretleri, prezidentin portletleri var Eslen portret yeri ev is otagi olmalidir Dovlete sevqisini suarlarla yox oz emeyi ile gostermek lazimdir Bunu biz esasen yazarlar bezi vezifeli sexslerin aci tecrubesinden bilir

Azer 2019-05-30 11:14:45

Sagdan götür və güzgülərlə işlə )

Adam 2019-05-30 11:14:45

Sorusan yoxdu o masinlari hansi pulla alib. Nazir 2000 manat maas almir.

барон 2019-05-30 11:14:45

birazda aktiv olsan vəzifən olacaq-əsas emosiyadır

Son yazılar