CƏBHƏDƏ VƏZİYYƏT GƏRGİNLƏŞİB - Hərbçimiz şəhid oldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Türk 2019-05-30 15:29:15

Bir kasıb balası da belə şəhid oldu.İmkanlıların blaları isə at oynadır.

kamil 2019-05-30 15:29:15

Her min nefere dusen sehide core Qaxli sehidlerin sayi orta respublika seviyyesinden 2 defe coxdur.Allah butun sehidlere ve Aqile rehmet etsin.Amin.

Son yazılar