“Təhsil sahəsində əməkdaşlıq dövlətlərarası münasibətlərdə mühüm yer tutur” – Zahid Məmmədov

Dərc olunub: 30/05/2019 - 22:25

1z

Professor Zahid Məmmədov Prezident İlham Əliyevin fəxri professor adına layiq görüldüyü Universitetdə olub

Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in professoru, Elmi Fəaliyyətinin Təşkili və İdarə Olunması Departamentinin direktoru Zahid Fərrux oğlu Məmmədov Həştərxanda “Xəzər (dənizi) rəqəmsal iqtisadiyyat dövründə” Beynəlxalq elmi-praktik forumda iştirak edib.

“AzPolitika.info”nun məlumatına görə, Forum çərçəvəsində Həştərxan Dövlət Universitetinin rəsmi saytı olan asu.edu.ru Zahid Məmmədovdan təəssüratlarını öyrənib.

Professor Zahid Məmmədov vurğulayıb ki, region iqtisadiyyatlarının inkişafı həmişə təhsil və elm sahəsindəki əlaqələrin qurulmasına əsaslanır: “Buna görə Həştərxanda rəqəmsal iqtisadiyyat üzrə beynəlxalq forum keçirmək fikri ölkəmizdə də müsbət cavabla qarşılandı”.

Yazıda qeyd olunub ki, tədbirin açılışı ərəfəsində professor Zahid Məmmədov Həştərxan Dövlət Universitetinin rektoru əvəzi ilə görüşərək, gələcəkdə Xəzəryanı ölkələrin sosial-iqtisadi inkişaf problemlərilə bağlı beynəlxalq elmi konfransın keçirilməsi perspektivlərini müzakirə ediblər. Eyni zamanda bu mövzuda monoqrafiyaların və məqalələrin dərc olunması üçün ixtisaslaşdırılmış elmi jurnalın yaradılması haqqında da fikir mübadiləsi aparıblar.

2z

“Avropa və ABŞ-dan olan elm adamları, lazım olduqda, Xəzər regionunun iqtisadiyyatı ilə bağlı aktual və etibarlı məlumat əldə etmək üçün bizim xüsusi nəşrimizə müraciət etmək imkanına malik olmalıdırlar. Buna görə, (müvafiq olaraq) burdakı nəşrlər yüksək beynəlxalq sitat qiymətləndirmələri alacaq”, – deyə professor Məmmədov bildirib.

Bu fikir onun Həştərxandan olan həmkarları tərəfindən də yüksək maraqla qarşılandı. Konstantin Markelov “Xəzər (dənizi) rəqəmsal iqtisadiyyat dövründə” forumunun açılışında bunu geniş auditoriya qarşısında səsləndirdi.

Professor Zahid Məmmədov HDU-da keçirilən tədbirin təşkilini və iştirakçılarının səviyyəsini yüksək qiymətləndirdi. Azərbaycan professorunun sözlərinə görə, Forum “rəqəmsallaşmanın” aktual məsələlərini həll etmək, habelə Həştərxan Dövlət Universitetinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə elm-təhsil əlaqələrini gücləndirmək üçün perspektivli bir platforma olacaq.

“Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələrin inkişafında təhsil sahəsində əməkdaşlıq mühüm yer tutur. Biz fəxr edirik ki, 2016-cı ildə HDU Elmi Şurası tərəfindən Rusiya-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev universitetin fəxri professoru adına layiq görülüb”, – Zahid Məmmədov bildirib.

3z

Azərbaycanlı professor akademik mobilliyinin inkişaf etdirilməsini universitetlərarası əməkdaşlığın ən vacib sahələrindən biri hesab edir. O özü xarici universitetlərdə müntəzəm olaraq məruzələr edir və onların orbitinə (sırasına) HDU-nu da daxil etməyə hazır olduğunu bildirib. Öz növbəsində, Həştərxandakı professorları Azərbaycan Dövlət İqtisad Universitetində dərslər aparmağa dəvət edib. Xüsusilə də Biznes və İqtisadiyyat fakültəsinin dekanı Oksana Minyova ilə artıq yaxşı əlaqələr qurulduğunu vurgulayıb.

“Bu baxımdan rus dilinin bizim iki ölkə arasında əməkdaşlıq dili kimi əhəmiyyətini qeyd etməmək olmaz. Rus dilinin xalqlarımızın mənəvi və mədəni birliyini bir araya gətirən mühüm element olduğunu bildirən Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun fikrinə istinad etmək istəyirəm. O hesab edir ki, bu gün Azərbaycanda etnik ruslar ümumi əhalinin 2 faizindən azını təşkil etsə də, rus dili faktiki olaraq respublikada ikinci dilmövqeyini saxlayır. Beləliklə, tələbələrimiz rus dilində məruzələri tamamilə dərk edə bilirlər və kursları oxumaqda heç bir problem olmayacaq”, – professor Məmmədov deyir.

4z

Məqalədə professor Zahid Məmmədov haqda qısa məlumat da verilir:

Zahid Fərrux oğlu Məmmədov - iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Fəaliyyətinin Təşkili və İdarə Olunması Departamentinin müdiri. Fransa, Türkiyə, Rusiya, Belarusiya və digər ölkələrinin universitetlərin dəvət olunmuş professorudur.

Professor Məmmədov Rusiya Federasiyasının Elmi Redaktorlar və Yayımçılar Assosiasiyasının, Beynəlxalq İqtisadçılar İttifaqının üzvüdür. Rusiya Federasiyası Hökuməti nəzdində fəaliyyət göstərən “Вестник Финансовой академии” beynəlxalq nəşrinin redaksiya heyətinin üzvü, xaricdə dərc olunan və beynəlxalq konfrans və simpoziumda təqdim olunan 500-dən çox elmi məqalənin müəllifidir. Sankt-Peterburq İqtisadiyyat və İdarəetmə Akademiyasının Akademik Şurasının qərarı ilə 2010-cu ildə elmi xidmətlərə görə I dərəcə mükafatına layiq görülmüşdür. Azərbaycan televiziyasında yayımlanan “Biznes Class” həftəlik proqramının müəllifidir.

(məqalənin orjinal mətni burada: http://asu.edu.ru/news/7838-sotrudnichestvo-v-sfere-obrazovaniia-zanimaet-vajnoe-mesto-v-razvitii.html)

AzPolitika.info








loading...


Fikrinizi bildirin