Petro Poroşenko yeni partiyaya üzv qəbul olunub

Ukraynanın beşinci Prezidenti Petro Poroşenko yaratdığı yeni Avropa Həmrəyliyi Partiyasının üzvlük biletini alıb. AZƏRTAC xəbər verir ki, bu barədə Poroşenko mətbuata açıqlamasında bildirib.

“Bu gün yeni partiyaya üzv oldum. Məqsədimiz Ukraynanın Avropa İttifaqı, NATO-ya doğru siyasətini dəstəkləməkdir”, - deyə Poroşenko əlavə edib.

Qeyd edək ki, mayın 24-də Petro Poroşenkonun Bloku adını dəyişərək Avropa Həmrəyliyi Partiyası adlandırıb. Parlament seçkilərində partiyanın qərargah rəhbəri Sergey Berezenko təyin edilib. Mayın 31-də yeni partiyanın ilk qurultayı keçiriləcək.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar