Norveçli futbolçu dünya çempionatının oyununda 9 qol vurub

20 yaşadək futbolçular arasında dünya çempionatının C qrupunda Norveç və Honduras yığmaları arasında keçirilmiş oyunda böyük hesab qeydə alınıb.

"Report"un məlumatına görə, Polşanın Lyublin şəhərindəki eyniadlı arenada təşkil olunmuş qarşılaşmada skandinaviyalılar 12 cavabsız qolla qalib gəliblər. Qollardan 9-nu 18 yaşlı hücumçu Erlinq Holann vurub. Hazırda Avstriya "Zaltsburq"unda çıxış edən Holann 7-ci, 20-ci, 36-cı, 43-cü, 50-ci, 67-ci, 77-ci, 80-ci və 90-cı dəqiqələrdə fərqlənib.

Honduras yığması 57-ci dəqiqədə Aksel Qomes, 90+2-ci dəqiqədə isə Everson Lopesin meydandan qovulması üzündən oyunu 9 futbolçu ilə başa vurub.

Bu, Norveçin dünya çempionatındakı ilk qələbəsi olub. Skandinaviyalılar qrupda yalnız Hondurası keçərək, 3-cü yeri tutub. Holann isə dərhal bombardirlər siyahısına başçılıq edib. O, ən yaxın izləyicilərini 3 top qabaqlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar